Barselona sahillərində Azərbaycan bayrağı qaldırılıb - FOTOLAR
Barselonada yaşayan həmyerlimiz Nizami Namazov maraqlı aksiyaya imza atıb.
"Seanews.az" xəbər verir ki, o, Azərbaycan bayrağı ilə sahilə yaxın məsafədə avar çəkərək turistlərin diqqətini cəlb edir və maraqlananlara Azərbaycan haqqında danışır. Nizami Namazovun bu təcrübəsi sübut edir ki, ürəyində vətən sevgisi daşıyan insan tək adamlıq aksiya da edə bilər və ölkəsini tanıda bilər.
Qeyd edək ki, Nizami Namazov iş adamıdır, eyni zamanda su idmanı ilə məşğul olur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır