Dünyanın 3 ən böyük kruiz gəmisi - VİDEO
1 - AİDAnova
Almaniyaya məxsus kruiz gəmisi 2018-ci ildə suya salınıb. LNG ilə çalışan gəminin uzunluğu 337, eni 42 metr, çəkisi 183 min tondur.
Gəmi heyəti 1500 nəfər, sərnişin tutumu 6600 nəfərdən ibarətdir. 20 göyərtəsi olan gəmidə 17 restoran və 23 bar var. Bundan əlavə, gəmidə spa salonlar, idman zalları və kinoteatr mövcuddur Gəminin inşası 1 milyard dollara yaxın vəsait aparıb.
2 – Oasis of the seas
2009-cu ildə Norveçin gəmiqayırma zavodunda inşa edilib. Uzunluğu 36, eni 147 metrdir Gəminin inşası 1.5 milyard dollara başa gəlib.
“Oasis of the seas”-in heyəti 2160, sərnişin tutumu 6360 nəfərdən ibarətdir. 18 göyərtəsi olan gəminin 16-sı sərnişinlər üçün nəzərdə tutulub.
3 – “Symphony of the seas”
ABŞ-a məxsus gəmi 2018-ci ildə 1.3 milyard dollara inşa edilib. Gəminin uzunluğu 361, eni 47 metr, çəkisi 228 min tondur.
“Symphony of the seas”-in sərnişin tutumu 6 min, heyəti 2 min nəfərdən ibarətdir. Gəmi tramplin, qolf üçün mini meydança, sörfinq simulyatoru, idman zalı, kazino və s. məkanlarla təchiz edilib.