Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

"Vikipediya”nın polyak dili bölməsində dənizçi haqqında məqalə yaradılıb 

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” könüllüləri tərəfindən ölkəmizin tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, tarixi abidələri və müxtəlif elm sahələri haqqında məqalə yaradılması, zənginləşdirilməsi və redaktə olunması prosesi davam edir.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının “vikipediya” könüllüsü, Polşa Azərbaycanlıları Şurasının üzvü, Varşava İqtisadiyyat və Humanitar Elmlər Universitetinin magistri Fərida Əliyeva tərəfindən “Vikipediya”nın polyak dil bölməsində polyak əsilli Azərbaycanın əməkdar mühəndisi, Azərbaycanda gəmiçilik sahəsinin inkişafında xidmətləri olan Vatslav Danitski haqqında məqalə yaradılıb.

Məqalə ilə BURADAN tanış ola bilərsiniz. 

Qeyd edək ki, milliyyətcə polyak olan Vatslav Vikentyeviç Danitski 1918-ci il dekabrın 7-də Ukraynanın Xmelnitski vilayətinin Bojikovets kəndində anadan olub. O, 1938-ci ildə Odessa Dəniz Donanması Mühəndisləri İnstitutuna daxil olub. “Dəniz donanmasının istismarı” fakültəsində təhsil alıb.

Universiteddə təhsil aldığı illərdə Danitski bir müddət Odessa gəmi təmiri zavodunda çəkicvuran işləyib. 1943-cü il iyulun 23-də təhsilini başa vuraraq göndərişlə Bakıdakı “Xəzərtanker” idarəsinə gəlib. 1943-1948-ci illərdə dispetçer, dəniz agenti, özü hərəkət etməyən gəmilərdə kapitan işləyib. Daha sonra 1949-cu ildən etibarən əmək fəaliyyətini Xəzər Dəniz Neft Donanması İdarəsində davam etdirib.

O, 1949-1964-cü illərdə mühəndis, dispetçer, İstimar xidmətinin rəisi vəzifələrində çalışıb. Vatslav Vikentyeviç 1964-cü ildə Xəzər Dəniz Neft Donanması İdarəsinin rəisi təyin edilib və 1985-ci ilədək bu vəzifədə çalışıb. V.Danitskinin Xəzər Dəniz Neft Donanması İdarəsinin maddi-texniki bazasının möhkəmləndirilməsində və müxtəlif təyinatlı gəmilərin modernləşdirilməsində əvəzsiz olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır