Eparse adaları
Eparse adalar qrupu Hind okeanının cənubunda, Mozambik boğazında , Mozambik və Madaqaskar arasındakı yolun üzərində yerləşir. Adalar min illərdir ki, Hind okeanının ən mənzərəli guşələrindən birinə çevrilərək mərcanlarla bürünmüşdür. Bütün adalar - mərcan və vulkanik mənşəlidir. Adaların ümumi ərazisi — 38,6 km², əhalisi 56 nəfər (stansiya işçiləri). Ən iri adası Avropadır (28 km²).
Bu adalar “Səpələnmiş adalar” da adlanır, çünki onlarla ada bir-birindən çox uzaq məsafədə yerləşir.
Adalar Fransanın mülkiyyəti olaraq Fransa Dənizaşırı Bölgələr Birliyi Eparse adaları ərazisinə daxildir. Bölgədə yerləşən adalara Madaqaskar iddia edir. 1892-ci ildə ərazilər Fransanın lonizasiyasına məruz qalmışdır. Zaman-zaman adalar məskunlaşdırılmağa başlanılmışdır. Əsas hədəfsə quano və kakos toplamaq və tısbağa çanağının satışı olmuşdur.
Eparse adaları arxipelaqına əsasən Mərcan adaları daxildir.