Moskva çayında gəmilərin paradı keçirilib -VIDEO
Moskva çayında gəmilərin paradı baş tutub.
"Seanews.az" xəbər verir ki, iyunun 23-də yerli vaxtla saat 10:00-da başlayan paradın marşrutu Novospassk körpüsündən Andreyevsk piyada körpüsünə qədər uzanıb.
Parad koronavirus səbəbindən Moskva çayında sərnişin gəmilərinin hərəkətinə qoyulan qadağanın aradan götürülməsi münasibətilə keçirilib.
Paradda müxtəlif tip gəmilər, o cümlədən, ötən əsrin 50-ci illərində inşa edilmiş gəmilər də iştirak edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır