• Bakı, 2020-05-29,
Seanews
Heyder Eliyev

Dənizçilik mövzusunda 15 maraqlı film - #Evdəqal, BAX

1.MEN OF HONOR

Filmin baş rol oyunçuları Robert De Niro, Cuba Gooding və Şarliz Terondur. Gerçək hekayəyə əsaslanan film donanmadakı bir dalğıcın yüksəlməsindən bəhs edir. Motivasiya üçün izləyə biləcəyiniz ən yaxşı filmlərdəndir.

2.ANNAPOLIS

ABŞ Donanmasına getmək istəyən yoxsul bir ailədən olan Jack çətin təhsilə qatılır. O, eyni zamanda yaxşı bir dənizçidir. Donanma daxilində təşkil olunan boks çempionatında iştirak edir. Amma bu müddət ərzində baş qəhrəman  çıxarılmaq kimi bir təhlükəylə üzləşir. “İlk yumruğu yeyənə qədər hər kəsin bir bildiyi var” deyimi filmdən  yadda qalan ən maraqlı replikadır.

3.ADMIRAL

Gəmidə mütəxəssis olaraq dənizçilik karyerasına başlayan, almanlara qarşı qazandığı dəniz müharibəsindən sonra Qara dəniz donanma komandiri, daha sonra Rusiya ordu komandiri olan Aleksandr Kolçakın həyatını izah edən filmdir. Onun  qəhrəmanlığını, müvəffəqiyyətlərini və gerçəkdə romantik bir adamın döyüşün içindəki eşq hekayəsini əks etdirən mükəmməl ekran əsəridir. 

4.WHİTE SQUALL

Albatros adlı təhsil gəmisində gənclərin təcrübə qazanmasını məqsəd qoyan kapitan Şeldonun gerçək hekayəsi. Ölkənin müxtəlif bölgələrindən gələn şagirdlər dənizdə  təcrübəyə başlayırlar. Bu müddət ərzində dənizçiliyi, komanda işini, hörmət etməyi, kömək göstərməyi öyrənirlər. Filmdə atmosfer sizi sanki gəminin içindəsiniz kimi hiss etdirəcək. 5 .VİKİNGS Sənədli dənizçilik serialıdır. Dənizçiliklə bağlı bir çox məlumatlarla zəngil olan ekran işidir. 

6. LAST Ship

Amerika donanmasının son qalan gəmisinin macəralarından bəhs edən filmdə gəmi heyətinin həyatı və gəmi intizamı izah edilir. Filmdə  gözəl gəmi manevrlarına rast gəlmək mümkündür.

7.MASTER OF COMMADER

Filmdə Russell Croweni donanmaya aid döyüş gəmisinin gəmi kapitanı rolunda izləyirik.  Burda dənizçilik iyerarxiyasının necə olması göstərilir. Napoleon dövrünə aid gəmilər və piratlarla mübarizə qarşısında kapitanın məsuliyyəti və qərarlarını təəccüblü şəkildə izah edən dənizçilik filmlərindəndir. 

8.CRİMSON TİDE

Baş rollarda Denzel Washington və Gene Hackmanın olduğu filmdə başlayan üsyan nəticəsində ikinci kapitan Denzel Vaşinqtonun idarəçiliyi itirir. Film gəmi personalının bu vəziyyət qarşısında qruplar meydana gətirməsi və  dənizdəki xaosu təəccüblü bir şəkildə tamaşaçıya əks etdirir.   

9.ALL İS LOST

Bu filmdə fırtına zamanı gəminin zərər görməsi nəticəsində okeanın ortasında həyatda qalma mübarizəsi verən bir dənizçinin hekayəsi izah edilir.

10. IN THE HEART OF THE SEA

"Essex" adlı balina gəmisinin hekayəsindən danışılır. Sizi balina ovçuluğuna aparacaq nadir filmlərdən olacaq.

11.BLACK SEA

Cud Lounun dənizçi olduğu bu film dənizçiliyə fərqli perspektivlərdən baxan bir insanın həyatından bəhs edir.

12.THE FINEST HOURS

Real bir hekayəyə əsaslanan, fırtınası bol olan bu filmdə gəmidə çətin anlar yaşayan dənizçilərin quruya dönmə mübarizəsi göstərilir. Dənizdə axtarış qurtarma ilə bağlı izləyə biləcəyiniz gözəl filmlərdəndir.

13.LİFE OF Pİ  

Okeanda gəminin batmaq təhlükəsiyə üz-üzə qalan uşaq və bir pələngdən bəhs edir. Onların mübarizəsi sizi təəccübləndirəcək .

14.CAPTAİN PHİLİPS

Bir dənizçilik şirkətinin gəmi kapitanı Kapitan Filips heç gözləmədiyi bir zamanda quldurlarla qarşılaşır. Gəmisini quldurların əlindən qurtarmaq üçün bütün dənizçilik məlumatını istifadə edir. Dənizciliyin çətinliyini izah edən bu gerçək hekayəni mütləq izləyin.

15.Battle Ship

Amerikalı dənizçilərin köhnə bir döyüş gəmisiylə başqa planetlərdən dünyanı zəbt etmək üçün gələn robotlara qarşı mübarizəsindən bəhs edir. Gəmi kapitanının doğru qərarları sayəsində hadisələrin necə dəyişdiyini izah edən fantastik filmlərdəndir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır