50 milyon il öncə Böyük Səhra ərazisində Transsaxara dənizi mövcud olub - Araşdırma
Amerikalı alimlərin iddiasına görə, 50 milyon il öncə müasir Böyük Səhra (Saxara) ərazisində Transsaxara dənizi mövcud olub.
Alimlərin fikrincə, bu dənizdə iri canlılar yaşayıb. Onlar Transsaxaranın 3 min kvadrat kilometr quru ərazisini örtdüyünü bildiriblər. Amerikalı alimlərə belə fikrə gəlməyə səhra ərazisində tapılan qədim daşlaşmış dəniz canlılarının qalıqları yardım edib.
Bildirilib ki, Transsaxarada 12,3 milyon dəniz ilanı, 1,2 piknodont (qədim növ onurğalı balıq), bir neçə milyon som balığı olub. Bu canlılar müasir nümayəndələrindən fərqli olaraq, çox iri ölçülərə sahib olublar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır