Dənizçilər arasında stolüstü tennis turniri keçiriləcək
ASCO əməkdaşları arasında stolüstü tennis turniri keçiriləcək. Yarışda bütün strukturlardan olan stolüstü tennis həvəskarları qüvvələrini sınayacaqlar.
Tennis yarışı yanvarın 31-də Müstəqil Həmkarlar İttifaqı Komitəsinin idman zalında baş tutacaq.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində (ASCO) idmanın digər növləri kimi, stolüstü tennisə də maraq böyükdür. Yarışın keçirilməsində məqsəd dənizçilərin asudə vaxtını səmərəli təşkil etmək, onların fiziki sağlamlığını möhkəmləndirmək, idmana maraqlarını daha da artırmaqdan ibarətdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır