Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Son iki ildə dünyada duyulan sirli uğultunun səbəbi məlum olub

Son iki ildə dünyada duyulan sirli uğultunun səbəbi məlum olub.

"Seanews.az" xəbər verir ki, bununla bağlı Postdam Alman Yer Elmləri Araşdırma Mərkəzinin seysmoloqu Simone Cescanın rəhbərliyi ilə tədqiqat aparılıb. Uğultuların Hind okeanının dibində yaranan yeni su altı yanardağdan qaynaqlandığı bildirilib. 

İlk  dəfə 2018-ci ilin mayında Afrikanın şərqində Madaqaskar və Mozambik arasındakı Mayotte adası yaxınlarında eyni vaxtda minlərlə zəlzələnin olduğunu deyən araşdırmaçılar, daha sonra 2018-ci ilin oktyabrından bir hissəsi 40 dəqiqəyə qədər davam edə bilən uğultuların dalğa halında atmosferə yayıldığına diqqət çəkiblər.

2019-cu ildə tədqiqat qrupu Mayotte yaxınlığında okeanın dibində yeni bir yanardağın meydana gəlməsini kəşf etməsi ilə uğultuların sirri tapılıb.

Tədqiqatın nəticəsi “Nature Geoscience” jurnalında dərc olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır