Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Həvəskar balıqçıların turniri keçirilib

Ölkədə sivil balıq ovunun təbliği üçün növbəti həvəskar balıq ovu turniri Ağgöl Milli Parkında keçirilib.

Brakonyerliyə son qoymaq, sivil balıq ovlanması qaydalarına əməl edərək icazə verilən ərazilərdə məqbul sayılan alətlərlə balıq ovu qaydalarını təbliğ və təşviq etmək məqsədilə keçirilən turnirdə 80-dən çox həvəskar balıqçı iştirak edib.

 Bunu jurnalistlərə açıqlamasında Ağgöl Milli Parkının direktoru Qüdrət İbrahimov deyib.

O qeyd edib ki, milli park ərazisində həvəskar balıqçıların icazə verilən ov alətləri ilə ov etmələri üçün yerlər müəyyən olunub və lazımi şərait yaradılıb: “Bu cür tədbirləri milli park ərazisində müntəzəm keçirmək fikrindəyik. Bununla da hər bir vətəndaşı balıq ehtiyatlarının qədrini bilməyə, faunamızı qorumağa və insanları ətraf mühitin sağlamlaşdırılması tədbirlərinə dəstək verməyə çağırırıq.

Turnirin sonunda həvəskar balıqçılar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır