• Bakı, 2019-11-13,
Seanews
Heyder Eliyev

Qara dəniz sahillərində V əsrə aid xəzinə tapıldı

Bolqar arxeoloqlar Qara dəniz sahillərində V əsrə aid xəzinə tapıb.

Qazıntılar Devnya şəhərində aparılıb. Arxeoloqlar, ümumilikdə, 16 qızıl və 20-dən çox bürünc sikkə tapıb. Onlardan daha dəyərliləri üzərində imperator II Feodosinin və imperator III Valentianın şəkilləri əks olunan sikkələrdir.

Varnanın diyarşünaslıq muzeyinin eksperti Xristo Kuzovun sözlərinə görə, xəzinənin hunların qədim Markianopol şəhərinə hücumu zamanı gizlədilməsi ehtimalı var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır