Rusiyanın dənizçilik muzeyinin 60 illik yubileyi keçiriləcək
Gələn il Rusiya Dəniz Qüvvələrinin və Dəniz Nəqliyyatı Sənayesinin yeganə muzeyinin 60 illik yubileyi qeyd olunacaq.
1958-ci il martın 4-də təsis edilmiş muzeyin rəsmi açılış tarixi 12 yanvar 1960-cı ilə təsadüf edir. 2012-ci ildə muzeyə fərdi bina ayrılıb, 2017-ci ildə isə muzeyin təkrar açılışı baş tutub.
Muzeydə 30 mindən çox eksponat mövcuddur. Bura qiymətli gəmi modelləri, dəniz mövzusunda rəsm əsərləri, 2 minə yaxın şəkil, yüzdən çox foto albom, Elmlər Akademiyasının, Arktika və Antarktika tədqiqat institutlarının nadir kitabları, 30-dan çox atlas, 1841-ci ildən nəşr olunan "Dəniz kolleksiyası" tarixi jurnalının 747 nüsxəsi, arxeologiya nümunələri, dekorativ əsərlər və s eksponatlar daxildir.
Muzey Moskvanın tam mərkəzində yerləşir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır