Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Aralıq dənizində batmış gəmidə yüzdən artıq qədim keramik səhəng tapılıb

Aralıq dənizində Malyorska adası yaxınlığında  təxminən 1700 il bundan qabaq Roma imperiyası vaxtında batan gəmi aşkarlanıb. Gəmidən yüzdən artıq qədim keramik səhəng tapılıb.

Yerli əhalinin tapdığı gəminin uzunluğu 10, eni 5 metrdir. O, ada ilə qitə arasında nəqliyyat daşımalarında iştirak edib.

Maraqlısı odur ki, gəmi ilə nəql olunan səhənglər demək olar ki, zədələnməyib. Üzərlərindəki yazıları oxuyan alimlər onların içində nə vaxtsa zeytun yağı, çaxır və balıq sousunun saxlanıldığı qənaətinə gəliblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır