Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

netin ən böyük yaşayış gəmisi –

“The World” planetin ən böyük yaşayış gəmisidir. Bəzi sakinlər burada daimi, bəziləri isə dövri olaraq qalırlar.  Gəmidə 165 otaq var. Baham adaları bayrağı altında üzən “The World” 43,524 ton ağırlığındadır. Uzunluğu 196.35, eni 29,8 metrdir. 12 mərtəbədən ibarət olan gəminin maksimum sürəti 18,5 uzeldir.  Gəminin ideyası Knut U. Klosterə məxsusdur. Onun ailəsinin dünya dənizçilik sənayesi tarixində böyük xidmətləri olub. Gəmi 2002-ci ilin martında suya salınıb, 2003-cü ilin oktyabrında isə sakinlər onu almağa başlayıblar.  Üzən iqamətgah geniş dəhlizə, 6 restorana, ərzaq mağazasına, sərgi salonuna, fitnes mərkəzə, billiard otağına, qolf simulyatoruna, göyərti yetişdirmək üçün əraziyə, tam ölçülü tennis kortuna, qaçış yoluna, üzgüçülük hovuzuna malikdir. “The World” gəmisinin hər yaşayış otağında internetə çıxış imkanı yaradılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır