Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-30,
Seanews
Heyder Eliyev

Sakit okeanın dərinliyində heyrətamiz dəniz canlıları lentə alınıb

Sakit okeanının 5 kilometr dərinliyində kritik və nadir metalların çıxarılması üçün nəzərdə tutulan təmiz ərazidə aşkarlanan heyrətamiz canlıların ilkin görüntüləri lentə alınıb.

AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, Klarion-Klipperton zonasına 45 günlük ekspedisiya nəticəsində bu ərazidəki biomüxtəliflik sənədləşdirilib. İngiltərənin “Ceyms Kuk” tədqiqat gəmisinin göyərtəsində olan komanda uzaqdan idarə olunan fotoaparatla dərin dəniz həyatının şəkillərini çəkib və gələcək tədqiqat üçün nümunələr götürüb.

“Bu canlı növlərinin çoxunun elm üçün yeni olacağı güman edilir. Onların bəziləri elmə məlum olsa da, fototəsvirləri çəkilməyib”,- deyə London Təbiət Tarixi Muzeyinin dəniz bioloqu Reqen Drennan bildirib.

Səyahət Böyük Britaniyanın təşəbbüsü ilə Təbiət Tarixi Muzeyi, Milli Okeanoqrafiya Mərkəzi, Britaniya Geoloji Tədqiqat Xidməti və digər qurumları əhatə edən “SMARTEX” layihəsi tərəfindən həyata keçirilib.

Ekspedisiya planetdəki bütün canlılar arasında ən uzun ömür sürdüyü güman edilən fincan formalı şüşə süngərlərinin də şəkillərini çəkib. Komanda fotoşəklini çəkdikləri süngərlərin yaşlarını bilməsələr də, onların 15 min ilə qədər yaşadıqlarını söyləyirlər.

Alimlər dərin dəniz mədənlərinin iqlim böhranına səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır