finlər də insanlar kimi TV izləyə bilir
İnsanlarla delfinlər arasında daha bir bənzərlik aşkarlanıb. Belə ki, Amerika Birləşmiş Ştatlarının Florida əyalətində yerləşən Delfinlər və Dəniz Məməliləri Müdaxilə Mərkəzi delfinlərin televiziya izləməkdən zövq aldıqlarını ortaya çıxarıblar. “Seanews.az” xəbər verir ki, tədqiqatçılar içərisində 11 şüşə burunlu və 5 sərt dişli delfin olan hovuzun ətrafına televizor yerləşdirib və onların hərəkətlərini müşahidə etməyə başlayıblar. Delfinlərə Sir David Attenboroughun hazırladığı Planet Earth sənədli filmi və hər kəsin çox sevdiyi Spongebob Squarepants cizgi serialı izlədilib. Nəticədə onlar daha əvvəllər heç vaxt etmədikləri baş və çənə hərəkətləri sərgiləyiblər. Elm adamları sərt dişli delfinlərin televiziya izləməyə daha çox maraq göstərdiklərini bildiriblər. Şüşə burunlu delfinlərdən isə erkəklər daha uzun müddət televiziyaya baxıblar. Bu zaman onlar hətta duyğusallıq nümayiş etdiriblər. Tədqiqatın yekununda delfinlərin ən azı insanlar qədər televizor başında keçirdikləri vaxtın fərqinə varmadıqları ortaya çıxıb.