Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

ölkələrin məktəblərində boğulmaların qarşısını almaq üçün üzgüçülük dərsləri keçir

ABŞ, Almaniya, Vyetnam, Yaponiya, Çexiya, Cənubi Koreya və digər bir çox ölkədə üzgüçülük orta məktəbdə dərs kimi keçirilir. “Seanews.az” xəbər verir ki, məktəblərdə belə bir dərsin keçirilməsində əsas məqsəd dənizdə boğulmaların qarşısını almaqdır.  Yaponiyanın ibtidai (1-6-cı siniflər) və orta məktəblərinin (7-9-cu siniflər) şagirdləri üçün üzgüçülük dərsləri məcburidir. Buna səbəb 1955-ci ildə baş vermiş gəmi qəzasıdır. Ölənlərin əksəriyyəti üzə bilmədikləri üçün boğulduğundan hökümət  məktəblərdə bu dərsin keçirilməsini zəruri hesab edib. Yaponiyadan sonra 2015-ci ildə Cənubi Koreyada məktəblər bu işə başlayıb. Buna səbəb isə 2014-cü ildə Cənubi Koreyada batan gəmiyə köməyə getmiş xilasetmə qüvvələrindən hər w, nəfərdən birinin üzə bilməməsi olub. Banqladeş hökuməti də uşaqların ölkənin çoxsaylı su yollarında və hövzələrində boğulmalarının qarşısını almaq məqsədilə məktəblərdə üzgüçülük dərsini icbari fənn elan edib.  Bu ölkədə suda boğulmalar Qanq çayının sahilində yerləşən Banqladeşdə gizli epidemiya adlandırılır. Banqladeşdə hər dörd uşaq ölümündən biri suda boğulma nəticəsində baş verir.    


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır