Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

inqlərin təqribən 820-ci ildə suya buraxılmış gəmiləri -TA

“Oseberg” vikinqlərin palıd ağacından hazırladıqları gəmidir və 1904-cü ildə Norveçin Vestfoll əyalətinin Tyensberq şəhəri yaxınlığında aşkar edilib. Bu gəmi tərkib hissələri ilə birgə torpaqdan çıxarılmışdır və hazırda Osloda “Vikinqlər muzeyi”ndə saxlanılır. Dendroxronoloji məlumatlara görə, gəmi təqribən 820-ci ildə suya buraxılmış və 834-cü ilə qədər sahilyanı naviqasiya üçün istifadə olunmuşdur. Gəminin uzunluğu 22 metr, eni 6 metr, dirəyinin ölçüsü isə 6-dan 10 metrə qədər ola bilərdi. 90 kv. metr yelkənə malik gəmi 10 dəniz milinə qədər sürət yığa bilirdi. Arxeoloqlar gəmi ilə birgə yüksək cəmiyyətə məxsus iki qadının (yaşlı və gənc) və tovuz quşunun sümüklərinə, Şərq ipək parçasının qalıqlarına rast gəlmişlər. Bütün bunlar vikinqlərin Volqa və Dnepr çayları ilə Şərqlə ticarət etdiklərini sübut edir. Skandinaviyalı alimlər gəmidə dəfn edilənləri uzun müddət İnqlinqlər sülaləsi ilə əlaqələndirməyə çalışmışlar və hətta qadınlardan birini onların kralının həyat yoldaşı olduğunu iddia edirlər.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır