Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

zər dənizi ilə bağlı maraqlı fak

Xəzər dənizi öz adını – e.ə. II minillikdə orta və cənub-şərqi Zaqafqaziyada yaşayan qədim kaspi tayfalarından alır. Daha sonralar dənizin şimal sahillərində rus knyazları ilə mübarizə aparan xəzərlər məskunlaşdılar. Onların paytaxtı – İtil şəhəri – Volqa ətrafında yerləşirdi. İllər sonra aydın oldu ki, Xəzər dənizi Terekə, Baltikaya Volqa ilə ən yaxşı ticarət yolu imiş. Xəzər dənizi və onun sahillərində haqqında ilk məlumatlar qədim yunan və Roma alimlərinin əsərlərində rast gəlinir. Qədim yunan coğrafiyaşünası və tarixçisi Hekatey Miletli (e.ə. VI-V əsrlər) ilk dəfə olaraq Xəzərdən bəhs etmiş, onu okean körfəzi və Hirkan (Girkan) dənizi kimi adlandırılmışdır. Bir neçə əsr ərzində qədim adamların Xəzəri okean körfəzi hesab etməsinə baxmayaraq e.ə. II əsrdə Ptolomey köhnə və yeni məlumatlar əsasında Xəzərin qapalı hövzə olmasını tam əminliklə söyləmişdir. Sovet tarixçisi L.A.Yelnski isə Hekateyin və onun müasirlərinin coğrafi baxışlarını bütövlükdə təhlil edərək belə nəticəyə gəlir ki, yunan səyyahı bütün dənizləri (Aralıq dənizi istisna olmaqla) o cümlədən Xəzəri qapalı hesab etmişdir. E.ə. II əsrdə yaşamış Ptolomey də birmənalı olaraq Herodotun fikrini təsdiq etmişdir.  Rus əsgərləri və tacirləri IX əsrdə Xəzər dənizinə daxil olmuşlar. XV əsrdə tacir Afanasiy Nikitin Dərbəndin qərb sahilindən Bakıya, oradan da İran və Hindistana keçmişdir. Xəzərin sahəsi 380 000 km²-dir. Sahil xəttinin ümumi uzunluğu (perimetri) 6 380 km-dir. Ən uzun sahəsinin uzunluğu 1 205 km, eni 554 km, ən dərin yeri 1 025 m-dir. Xəzər ətrafında yaşayan xalqlar da bu dənizə məxtəlif adlar vermişlər: ruslar – Xvalın, tatarlar – Ağ dəniz, türklər  – Kiçik dəniz, çinlilər – Si Hay, yəni qərb dənizi. Hazırda Xəzər dənizi dünyanın ən böyük gölüdür. Bu gün Xəzər Dənizi dünyada enerji təhlükəsizliyində əsas rol oynayan regionlardan biridir. Xəzərdə hasil olunan enerji resursları həm sahil ölkələrinin, həmdə ətraf regiona daxil olan ölkələrin inkişafında vacib rol oynayır.  Xəzər dənizinin ərazisində irili-xırdalı 130-dək bura tökülən çay vardır. Bunlardan dənizə ən çox su gətirəni Volqa çayıdır. Bunlardan bir neçəsi Terek, Ural, Kür, Qusarçay, Qudyalçay, Vəlvələçay, Sumqayıtçay, Viləş çayı, Lənkəran çayı və Astara çayıdır. Xəzərdə təqribən 200-dək ada mövcuddur. Onların 50-ə yaxını Azərbaycana məxsusdur: Pirallahı, Tava, Səngi Muğan, Kür daşı, Qarasu, Xərə Zirə, Gil adası, Sualtı adalar qövsü, Çilov, Daş adalar qövsü, Qutan, Kiçik Tava, Böyük Tava, Qu,Sarı, Urunus, Dardanel, Baburi, Tava altı, Koltiş, Yal, Böyük Zirə, Qum, Xanlar, Karvansaray adaları.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır