• Bakı, 2020-02-27,
Seanews
Heyder Eliyev

Titanik” çürü

Yaxın gələcəkdə Titanikdən geriyə yer üzündə heç nə qalmayacaq. Gəminin qalıqları üzərində aparılan araşdırmalar onun 20 il ərzində əriyərək yox olacağını ortaya çıxarıb. Aşınma prosesi qalıqlar üzərindəki mikroblar sayəsində sürətlə davam edir. Maraqlısı odur ki, bu bakteriyalarla yanaşı, qalıqları çürüməkdən qoruyan bakteriyalar da mövcuddur. Titanikin qalıqları 1985-ci ildə okean araşdırmaçısı Robert Ballard tərəfindən tapılmışdı. Həmin dövrdə dəniz səviyyəsindən 3.8 km aşağıda olan gəmi olduqca yaxşı vəziyyətdə idi. Çünki günəş işığı həmin dərinliyə qədər gedib çıxa bilmir və yüksək təzyiq  canlıların yaşamağına mane olurdu. Lakin aradan 30 il keçib və bu müddətdə bəzi “vəhşi” bakteriyalar gəminin dəmirlərini aşındırıb. Bu bakteriyanın biri “Halomano Titanik” adlı canlı olub. Onun adı gəmiyə uyğunlaşdırılıb. Çünki bu canlı növü ilk dəfə məhz Titanikin qalıqları üzərində aşkar edilib. Sözügedən bakteriya başqa canlıların yaşamayacağı qaranlıq, təzyiqli, hətta duzlu mühitdə yaşaya bilir. Çürümə prosesini sürətləndirən sadəcə bakteriyalar deyil. 2010-cu ildə Meksika körfəzinə yayılan minlərlə barel neft xammalının böyük qismi Atlantik okeanının dərinliklərinə enib. Yayılan neftin də çürümə prosesində böyük təsiri olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır