Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-02-09,
Seanews
Heyder Eliyev

Nərəkənd” parkı sakinlərin sevimli istirahət məkanına çevr

Pirallahı  rayonunda dörd istirahət parkı inşa edilib və yeni yaradılan parklar forma və məzmunu, kompozisiya və yaşıllıqları ilə seçilir.  Prezident İlham Əliyevin rayona səfəri zamanı açılışını etdiyi “Nərəkənd” kompleksindəki  park da qısa müddətdə rayon sakinlərinin sevimli istirahət guşələrindən birinə çevrilib. Park müasir tələblərə uyğun tikilib və istirahət üçün bütün şərait yaradılıb. Ərazisi 1,5 ha olan parkda inşa edilən və nərə balığı formasında olan fəvvarə estetik gözəlliyi ilə zövq oxşayır. Burada oyun və idman meydançaları, uşaq guşəsi, sinema-kafe və digər istirahət obyektləri fəaliyyət göstərir. Sakinlərin və qonaqların səmərəli istirahəti üçün vaxtaşırı konsert proqramları təşkil edilir. Kompleksdə balıq və balıq məhsullarının satışının təşkil olunması məqsədilə ərazidə zəruri normativlərə cavab verən ticarət məntəqəsi-Balıq Bazarı yaradılıb. Ticarət məntəqəsi dörd pavilyondan ibarətdir. Pavilyonlarda balığın satışı və saxlanılması üçün lazımi şərait yaradılıb və müvafiq avadanlıqlar quraşdırılıb. Kompleksdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin “Dənizçi” İdman Klubunun yaradılması nəzərdə tutulub. “Nərəkənd” layihəsində, həmçinin yaşayış kompleksi, o cümlədən mehmanxana və kotteclərin tikintisi də öz əksini tapıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır