Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-02-07,
Seanews
Heyder Eliyev

dir dənizçi? – Mara

Dənizçi kimdir?  Hər kəsin özünə görə bir dənizçi tərifi var. Məsələn, küçədə gördüyünüz birinə dənizçi kimdir, nə edər deyə soruşsanız, böyük əksəriyyəti hər limanda bir sevgilisi var, dünyanı gəzirlər , əlavə olaraq da pul qazanırlar deyər. Bəs, həqiqətdə kimdir dənizçi? Dənizçi hər şeydən əvvəl ürəkli insandır. Cəsurdur. Çünki,  başqa cür dənizləri fəth edə bilməz. Dənizçi yaşadığı mühitə, yəni gəmiyə və iş yoldaşlarına qarşı mərddir. Sözünün əridir. Yalanı bağışlamaz, dərhal üzünə vurar. Dənizçi çalışqandır. Tənbəl dənizçi yalnız bir səfərlik yolçudur. Dənizçi daim qovuşmaq arzusuyla yaşayan adamıdır. Darıxar, darıxdırar. Qovuşmanın ən böyük mənəvi qida olduğunu ondan daha yaxşı bilən olmaz. Dənizçi duyğu adamıdır. Şairlərin qısqanacağı təbiətin ən gözəl mənzərələrini o görür. O, yaşayar ilk dəfə görünən və bir daha görünməmək üzrə itib gedən gözəllikləri dənizlərdə. Dənizçi müdrikdir. Çox oxuyur, hətta yazır. Davamlı yalnızlığı bəzən ağlasığmaz həddə çatar.  Bütün bunlar onu müdrikləşdirər.  İnsanı sevər, yalan və böhtandan uzaq durar. Dənizçinin ürəyi sevgi doludur. Onu güclü edən sevdiklərinə olan bağlılığıdır. Dənizçi dostdur, yoldaşdır. Səfər dönüşü həmişə o axtarar yoldaşlarını, dostlarını. Unudulduğunu bilsə belə. Dənizçi nankor deyil. Milyonlarla növ canlıyla paylaşdığı dənizlərini çirkləndirməz. Onu bir ibadət yeri kimi təmiz saxlayır. Ətraf şüuru yüksəkdir. Dənizçi üçün əmanət müqəddəsdir. Gəmisi və daşıdığı yük  namusudur. Dənizçi etibarlı adamdır.  Dənizçi son dərəcə ədalətlidir. Çünki, dənizdə həyatın başqa cür olmayacağını bilir. “Ədalət qütb ulduzu kimidir. Geri qalan hər şey onun ətrafında dönər ” sözünü yaxşı bilir. Dənizçi yaxşı bir vətəndaşdır. Getdiyi ölkələrdə ölkəsini təmsil etdiyini unutmur, şüurla hərəkət edir. Dənizçi adını hər gün qucağında yatdığı, oyandığı və hətta canını verdiyi dənizdən alıb. Bir sözlə, dənizçi fərqlidir.  Yunan filosofu nə demiş? İnsanlar iki yerə bölünürlər.  Dənizçilər və olmayanlar.   Tərcümə etdi: Rövşən Abdurəhmanov


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır