Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

niz quldurluğu nə vaxt yaran

Dəniz quldurları , yaxud piratlar artıq neçə min illərdir var. Hətta qədim Yunan və Roma gəmiləri də Egey və Aralıq dənizlərində dəniz quldurlarının hücumuna məruz qalırdılar. Piratlar o qədər qüdrətli idilər ki, bir zamanlar indiki Türkiyə ərazisində özlərinin dövlətini yaratmışdılar. Onları darmadağın etmək üçün romalılar eramızdan əvvəl 67-ci ildə xüsusi ekspedisiya təşkil etməli olmuşdular. Piratlığın ən geniş yayıldığı dövr 1300-1800 cü illərə təsadüf edir. Dəniz quldurları Şimali Afrikanın Mərakeş, Əlcəzair, Tunis və Liviya kimi ölkələrin limanlarında məskən salmışdılar. Onlar Aralıq dənizində üzən Avropa gəmilərini tutaraq qarət edir, sərnişinləri, dənizçiləri əsir götürərək ya qul bazarlarında satır,  ya da əvəzində fidyə alanadək saxlayırdılar. Piratların dənizlərdə ağalığı  düz 1830 cu ilə – Əlcəzairin Fransızlar tərəfindən istilasınadək  davam etdi.  Sonralar ingilis və fransız donanmalarının güclənməsi  ilə dəniz quldurlarının  hökmranlığına son qoyuldu. O zaman piratlara həm də bukanir deyirdilər. Bu ad XVI əsrin sonları XVII əsrin əvvəllərində İspaniyada Meynində fəaliyyət göstərən dəniz quldurlarına aid edilirdi. Bukanirlər adi dənizçilər, müxtəlif ölkələrdən qaçqın düşən insanlar idi. Onlar Şərqi Hindistanın ada və limanlarında yığışırdılar. Bu adamlar vəhşi heyvanları ovlayır, onları “bukan“ adlanan xüsusi qurğularda hisə verir, sonra ya dənizçilərə , ya da tacirlərə satırdılar. Bukanirlərin adı da elə ordan yaranmışdı. Dəniz quldurları tez-tez qarət etdikləri qızıl-gümüşü, daş qaşı müxtəlif yerlərdə gizlədir və bu xəzinələrin yerini kimsəyə söyləmirdilər. İndiyədək çoxları inanır ki, Amerikanın Florida və Texas sahillərində hələ aşkarlanmamış xəzinələr çoxdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır