Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-06,
Seanews
Heyder Eliyev

Kruiz gəmisində Alyaska səfərləri zamanı dəniz məməlilərini müşahidə edən mütəxəssis olacaq

Kruiz şirkəti “MSC Cruises” 2026-cı ilin yay mövsümündə Alyaska istiqamətində səfərlər həyata keçirəcək “MSC Poesia” gəmisinə dəniz məməliləri üzrə xüsusi təlim keçmiş müşahidəçi cəlb edəcək. Bununla bağlı dəniz mühafizəsi üzrə fəaliyyət göstərən “ORCA” təşkilatı ilə razılıq əldə edilib.

“Seanews.az” xəbər verir ki, “ORCA”nın hazırladığı müşahidəçi iyulun sonundan avqustun axırınadək - balinaların sıx toplandığı dövrdə gəmidə xidmət aparacaq. Bu bir ay müddətində balinaların davranışı və iri gəmilərin onların hərəkətinə təsiri barədə məlumatlar toplanacaq.

Toplanan məlumatlar elmi ictimaiyyətə təqdim olunacaq və gəmi heyətləri üçün balinalardan yayınma üzrə təlim proqramlarının təkmilləşdirilməsində istifadə ediləcək.

Layihə çərçivəsində “ORCA” təşkilatı Alyaskadakı balina müşahidəsi turları üzrə də məsləhətlər verəcək, mövcud ekskursiyaları qiymətləndirəcək və ekoloji cəhətdən təhlükəsiz operatorların müəyyənləşdirilməsinə kömək edəcək.

Səfərlər zamanı sərnişinlər üçün maarifləndirici proqramlar da təşkil olunacaq. Müşahidəçi gəmidə təqdimatlar keçirərək aparılan tədqiqatlar və dəniz ekosistemi barədə məlumat verəcək.

Tərəfdaşlıq Alyaskada dayanıqlı kruiz əməliyyatlarının təşviqi məqsədilə həyata keçirilir və “MSC Poesia”nın Sietldən yeddi günlük səfərlərini əhatə edəcək. 2027-ci il mövsümü üçün isə artıq sifarişlər açılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır