“Divo” gəmisinin utilizasiyası Ginnesin Dünya Rekordları siyahısına daxil edilib
Hindistanın “Priya Blue Industries” şirkəti “Divo” adlı gəminin utilizasiyasını həyata keçirdiyinə görə Ginnesin Dünya Rekordları mükafatına layiq görülüb. Gəmi utilizasiya məqsədilə sökülən ən böyük balıq fabriki gəmisi kimi qeydə alınıb.
Məlumata görə, “Divo” gəmisi əvvəlcə məhsul tankeri kimi inşa olunub və 1980-ci ildə Norveçin “Anders Jahre” şirkəti üçün “Freeport Chief” adı ilə istifadəyə verilib. Gəmi 2008-ci ildə yenidənqurma işlərindən sonra 36 500 dedveyt-ton həcmində balıq emalı gəmisi kimi fəaliyyət göstərib.
Balıq fabriki gəmisi dənizdə altı aya qədər fasiləsiz işləmək, sutkada isə 547 tonadək balıq emal etmək imkanına malik olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

