Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-13,
Seanews
Heyder Eliyev

İstanbul və Burqas arasında katamaranlarla ilk dəniz sərnişin xidmətinin başlaması planlaşdırılır

İstanbul və Burqas arasında katamaranlarla ilk dəniz sərnişin xidmətinin bu həftə ərzində başlaması planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Bolqarıstan Xəbər Agentliyi (BTA) məlumat yayıb. Bildirilib ki, bu xidmət türk sərnişin katamaranları tərəfindən idarə olunacaq.

“İstanbul Dəniz Otobusleri” bərə şirkətindən verilən məlumata görə, ilk sərnişin katamaranı oktyabrın 11-də İstanbulun Sarayburnu limanından Burqasa yola salınacaq. Oktyabrın 12-də Burqasdan geri qayıdacaq. Bu, ilk sınaq səyahəti olacaq. Bildirilib ki, biletlərin əksəriyyətini Türkiyə vətəndaşları alıb.

Təxminən 400 nəfəri daşıya bilən katamaranlarla səfərin qiyməti hər iki istiqamətdə 60 avro təşkil edəcək və geri dönüş ertəsi gün həyata keçiriləcək. Şirkətdən bildiriblər ki, 2024-cü ilin sonuna qədər ümumilikdə altı gediş-gəliş planlaşdırılıb.

Layihənin həyata keçirilməsi çoxdan planlaşdırılsa da, COVID-19 pandemiyası onun icrasını gecikdirib.

Qeyd edək ki, Türkiyə bazarı üçün nəzərdə tutulan ilk katamaranlar Norveçdə istehsal edilib. Hazırda ölkə bunları özü istehsal edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır