Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-13,
Seanews
Heyder Eliyev

“Villa Vie Odyssey” layneri üç illik dünya səyahətinə çıxıb

“Villa Vie Odyssey” kruiz gəmisi Şimali İrlandiyanın Belfast limanından üç illik dünya səyahətinə yola düşüb.

“Seanews.az” xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Qeyd olunur ki, səfər xeyli tez - 30 may 2024-cü il tarixinə planlaşdırılmışdı, lakin bir sıra səbəblərdən təxirə salındı.

Kruiz gəmisi Belfastda cəmi dörd ay qalıb. Dünya səyahətinə çıxan ilk sərnişinlər 125 nəfər olub. Onlardan bəziləri gəmi təmir olunarkən və lazımi sənədləşmə işləri dövründə bütün dörd ayı Belfastda gözləməkdə keçiriblər.

Laynerin ilk dayanacağı Fransanın Brest şəhəri olub. Bundan sonra “Villa Vie Odyssey” İspaniya və Portuqaliyaya istiqamət götürəcək.

“Villa Vie Residences” kruiz şirkəti turistlərə ya 35-120 gün müddətinə kayut icarəyə götürməyi, ya da gəminin göyərtəsində 118 min dollardan 3,4 milyon dollaradək qiymətə kayut almağı təklif etmişdi. Kayut alan sərnişinlərə ən azı 15 il kayutdan istifadəyə zəmanət verilirdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır