Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Polşanın yeganə sualtı qayığı on illik təmirdən sonra xidmətə qayıdıb

Polşa Hərbi Dəniz Qüvvələrinin yeganə dizel-elektrik sualtı qayığı “Orzeł” xidmətə qayıdıb. O, təmir olunub və indi yenidən suya enə bilir.

“Seanews.az” bu barədə “Naval News”a istinadən məlumat verir.

Sualtı qayıq 2014-cü ilin iyununda tərsanəyə göndərilib. O vaxt gəmini əsaslı təmir etməyi və batareyaları dəyişdirməyi planlaşdırırdılar. Lakin növbəti il ​​üzən dokdan çıxarılarkən sualtı qayıq zədələndi. 2017-ci ildə batareyanı dəyişdirərkən isə yanğın baş verdi. Buna görə də, sualtı qayığın avadanlıqları və binaları bir neçə il ərzində bərpa edilməli idi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır