













Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə gəmi təmirçiləri arasında futbol yarışı keçirilib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun bölmələri arasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş mini-futbol turniri keçirilib.
7 komandanın qatıldığı turnir gərgin mübarizə şəraitində baş tutub.
Final mərhələsində “Tərsanə” və “Boruquraşdırma” bölməsi üz-üzə gəlib. 2:1 hesabı ilə Tərsanə bölməsinin futbolçuları birincilik əldə edib.
Qalib komanda mükafatlanıdırlıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır