Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

"SFA Federasiya Kuboku 2022" üzrə mükafatlandırma mərasimi keçirilib

Bakıda Azərbaycan Yelkən Federasiyasının təşkilatçılığı ilə "SFA Federasiya Kuboku 2022" üzrə mükafatlandırma mərasimi keçirilib.

"Seanews.az" xəbər verir ki, mükafatlandırma mərasimində federasiya rəhbərliyi, yarışların münsif heyəti, media mənsubları, cari il üzrə yay məktəbi iştirakçıları, komandaya yeni seçilən idmançılar, "SFA Federasiya Kuboku 2022"nin qalibləri və digər qonaqlar iştirak edib.

Mükafat alanlar sırasında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) “Xəzər" Yelkənli Qayıqlar İdman Klubunun yetirmələri də olub. Klubun üzvü Mixail Protasov Federasiya kuboku “ILCA 7” sinfi üzrə I yeri qazanıb. Ülviyyə Əhmədova "ən əzmli idmançı", Dilarə Cəfərova isə "ən dayanıqlı idmançı” adlarına layiq görülüblər.

Tədbir zamanı Azərbaycan Yelkən Federasiyasının 2021-2022 mövsümünün yekunlarına həsr olunmuş hesabat videosu da nümayiş etdirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır