Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-02-07,
Seanews
Heyder Eliyev

Azərbaycanda keçirilən beynəlxalq konfransın iştirakçıları “Suraxanı” gəmi-muzeyində olublar

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlığı Fondunun dəstəyi ilə keçirilən “Gənc tamaşaçılar üçün muzey” adlı beynəlxalq konfransın iştirakçıları “Suraxanı” gəmi-muzeyində olublar.

Azərbaycan, Almaniya, Bolqarıstan, Çexiya, Hollandiya, Latviya, Qırğızıstan, Özbəkistan, Rusiya, Serbiya, Türkmənistan kimi ölkələrdən olan qonaqlara Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin keçmişi və bugünü, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, dənizçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri və s. haqqında ətraflı məlumat verilib.

Gənc ziyarətçilərin gəmiçilik sahəsinə marağının artırılması məqsədilə icra olunan maraqlı layihələr, xüsusi interaktiv oyunlar və onların iş prinsipi haqqında da konfrans iştirakçılarına geniş məlumat təqdim edilib.

Tanker muzeydə "Xəzər" uşaq bağçasının yetirmələrinin intelektual “puzle” yarışı, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin əl işləri konfrans iştirakçılarının marağına səbəb olub. Eyni zamanda 236 saylı məktəbin II Ə sinif şagirdlərinin çıxışı  ekskursiyaya xüsusi rəng qatıb. Şagirdlər dənizçi geyimlərində gəmiçiliyin tarixini, ənənələrini əks etdirən tamaşa təqdim ediblər.

“Uşaqlar, yeniyetmələr və valideynlər üçün muzey proqramları” kimi mövzular ətrafında keçirilən konfransın iştirakçıları “Suraxanı” gəmi-muzeyində bu sahədə atılan addımları yüksək qiymətləndiriblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır