Sualtı dronlar yüz metrədək dərinlikdə minaları aşkar edə bilir
Böyük Britaniya Qara dənizdəki naviqasiya yollarının minadan təmizlənməsi üçün Ukraynaya sualtı dronlar verəcək.
Bu məlumatı Anadolu Agentliyi Böyük Britaniyanın Müdafiə Nazirliyinə istinadla yayıb.
Ukraynaya ümumilikdə 5 belə pilotsuz aparat veriləcək.
Sualtı dronlar yüz metrədək dərinlikdə minaları aşkar edə bilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır