Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-09-30,
Seanews
Heyder Eliyev

“Wartsila” tikilməkdə olan 11 dəniz avtomobil daşıyıcısını hibrid güc qurğuları ilə təmin edəcək

Finlandiyanın “Wartsila” qrupu idxal olunan avtomobil və yük maşınlarının (PCTC) daşınması üçün 11 ixtisaslaşdırılmış gəmini hibrid hərəkət sistemi ilə təchiz edəcək. Sinqapurun “Eastern Pacific Shipping” şirkətinin sifariş etdiyi bu gəmilər Çinin “Jingling” və “Weihai” tərsanələrində tikiləcək.

“Seanews.az” xəbər verir ki, hibrid hərəkət sistemi alternativ yanacaqların istifadəsinə, artan akkumulyator tutumuna, günəş panellərindən istifadəyə və ya yanacaq elementlərinin işləməsinə uyğunlaşdırılıb.

Uzunluğu 200 metr və ümumi tutumu 18,6 min ton olan gəmilər bir səfərdə 7 min avtomobil daşıya biləcək. İlk gəmilər sifarişçiyə 2024-cü ildə çatdırılacaq.

Baş ofisi Finlandiyanın   Helsinki şəhərində yerləşən  “Wartsila Corporation” gəmiçilik, neft, elektrik və digər sənayelər üçün mühərriklərin və digər sistemlərin layihələndirilməsi və istehsalı üzrə ixtisaslaşıb. 2020-ci ildə “Wartsila”-nın ümumi gəliri 4,6 milyard avro təşkil edib. Şirkətin 18 minə yaxın işçisi və 70-dən çox ölkədə 200 nümayəndəliyi var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır