• Bakı, 2021-05-17,
Seanews
Heyder Eliyev

Dünyanın ilk rotorlu qatlanan yelkənləri istifadəyə verildi– VİDEO

“Rotor Sails” şirkəti tərəfindən istehsal edilmiş dünyanın ilk rotorlu qatlanan yelkənləri “SC Connector” avtomobil daşıyan gəmiyə quraşdırılıb.

“Seanews.az” xəbər verir ki, “SC Connector” gəmisi hava axınlarının qatlanan yelkənlərin istifadəsi üçün ən əlverişli şəraiti olan Şimal Dənizində istismar edilir.

Adı çəkilən gəmi Qərbi Norveç, Danimarka, Hollandiya, İsveç və Polşa limanları arasındakı marşrut xətti üzrə hərəkət edir. Qeyd edilən marşrut boyu gəmi bir neçə körpünün və elektrik xəttinin altından keçir.

Aparılan tədqiqatlara görə, hündürlüyü 35 metr olan bu yelkənlər tullantıların 25% azalmasına və xərclərə qənaət edilməsinə kömək edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır