Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Dünyanın yeganə üzən elektrostansiyası istismara verilib

Mayın 22-də dünyanın üzən ilk nüvə elektrik stansiyası istifadəyə verilib.

"Seanews.az" xəbər verir ki, istismarla bağlı müvafiq əmri “Konsern Rosenerqoatom” Səhmdar Cəmiyyətinin baş direktoru Andrey Petrov imzalayıb.

Üzən atom elektrik stansiyasının sanitar-epidemioloji, ekoloji, yanğın və tikinti tələbləri daxil olmaqla tətbiq olunan bütün standartlara və qaydalara tam uyğun olduğu təsdiqlənib.

Sözügedən elektrik stansiyası sahil infrastrukturundan və hər biri 35 MVt gücə malik iki KLT-40S reaktoru ilə təchiz olunmuş “Akademik Lomonosov” üzən enerji blokundan (PSU) ibarətdir. Blokun uzunluğu 140, eni 30 metr, suya oturumu isə 21.5 min tondur.

Elektrik stansiyasının istismarına 40 il zəmanət verilib. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır