Rusiya freqatı görünməz topla təchiz ediləcək
Rusiyanın “Marşal Şapoşnikov” freqatı A-190-01 100 millimetrlik artqurğu ilə təchiz olunacaq.
Bu barədə “İzvestiya” məlumat yayıb.
A-190-01-in freqatın burun hissəsindəki АК-100 topunu əvəz edəcəyi bildirilir.
Qeyd edilir ki, bucaq şəklində olan qüllə düşmən radiolokatorlarının şüalarını əks etdirmir, əksinə yarıb keçir. Buna görə də stels-texnologiyalar sayəsində gəminin digər ölkələrin qurğuları tərəfindən görünmək riski azalacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır