• Bakı, 2020-05-25,
Seanews
Heyder Eliyev

ən külək turbinləri yaradı

Bir çox Avropa ölkələri şelf energetikasından istifadə etdiyi zaman Fransa məsələni özünəməxsus həll edib. Ölkə üzən külək generatorlarını qurmağı qərara alıb. Fransa hökuməti ABŞ-ın “GE” şirkəti ilə birgə “FLOATGEN” layihəsinə start verib. Layihə çərçivəsində La-Kruazik vilayətinin sahillərindən 22 kilometr aralıda, dənizdə külək turbinləri quraşdırılacaq. Bu isə ofşor energetikasında əsl inqilabi yenilik hesab olunur. İlk külək turbinlərinin tikintisini isə “Boygues Travaux Publics” şirkəti həyata keçirir. Bildirək ki, “FLOATGEN” layihəsi bu ilin ortalarından tam miqyasla fəaliyyətə başlayacaq. Turbin platformalar quruda yığılır və hazır vəziyyətdə dənizdə quraşdırılır. Onlara texniki xidmətin göstərilməsi də çox ucuz başa gəlir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır