Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-10,
Seanews
Heyder Eliyev

"CMA CGM" donanmasında "OneWeb" texnologiyasının tətbiqinə başlayır

Fransanın "CMA CGM Group" gəmiçilik nəhəngi beynəlxalq donanmasında "OneWeb"in Alçaq Orbitli Yer (LEO) peyk rabitəsini tətbiq etmək üçün "Marlink" və "Eutelsat" şirkətləri ilə tərəfdaşlıq barədə saziş imzalayıb.

“Seanews.az” xəbər verir ki, saziş çərçivəsində sözügedən texnologiya yaxın doqquz ay ərzində qrupun 300-dən çox gəmisində quraşdırılacaq.

Sistem hibrid şəbəkə arxitekturası yaratmaq üçün "Eutelsat OneWeb" xidmətlərini mövcud LEO və GEO (Geostasinar orbit) şəbəkələri ilə inteqrasiya edir. Gəmi göyərtəsində müxtəlif şəbəkə seçimlərinin avtomatik idarə olunması isə "Marlink" şirkətinin "XChange NextGen" platforması vasitəsilə həyata keçiriləcək.

"CMA CGM Group"un maliyyə direktoru və icraçı vitse-prezidenti Ramon Fernandez bildirib ki, bu tərəfdaşlıq vasitəsilə şirkət etibarlı və təhlükəsiz dəniz əməliyyatlarını dəstəkləmək üçün qlobal rabitə strukturunu daha da gücləndirir. O əlavə edib ki, "OneWeb" xidmətlərinin inteqrasiyası həm əməliyyat səmərəliliyinə, həm də heyətin rifahına birbaşa töhfə verir.

Qeyd edək ki, "CMA CGM" hazırda 650-dən çox gəmidən ibarət donanmanı idarə edir və 2022-ci ildən bəri "Eutelsat"ın əsas səhmdarlarından biridir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır