Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-06,
Seanews
Heyder Eliyev

“Raytheon” ticarət gəmilərini dəniz dronlarından qoruyacaq yeni sistem hazırlayır

ABŞ-ın “Raytheon şirkəti”, ticarət və hərbi logistika gəmilərini dənizdəki təhlükələrdən qorumaq üçün yeni sensor və hədəf müəyyənləşdirmə sistemi hazırlayacaq.

“Seanews.az” xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin Perspektivli Araşdırmalar Agentliyi (DARPA) tərəfindən seçilən bu layihə, xüsusilə son dövrlərdə ticarət yollarında mülki gəmiləri hədəf alan pilotsuz dəniz aparatlarına (USV) qarşı mübarizəyə yönəlib.

"Pulling Guard" proqramı çərçivəsində həyata keçirilən bu təşəbbüs maraqlı texniki həlli ilə diqqət çəkir. Sistem, ticarət gəmisi tərəfindən yedəyə alınan (qoşquda aparılan) yarı-avtonom pilotsuz platforma üzərində yerləşən və gəmiyə kabel vasitəsilə bağlanan dron vasitəsilə idarə olunacaq. Bu dron hündürlükdən elektro-optik/infraqırmızı (EO/IR) sensorlar vasitəsilə geniş ərazini müşahidə edərək hədəfləri real vaxt rejimində izləməyə və operatorlara operativ qərar verməyə imkan yaradacaq.

“Raytheon” şirkətinin "Advanced Technology" bölməsinin prezidenti Kolin Velan bildirib ki, bu texnologiya xüsusilə Qırmızı dəniz kimi yüksək riskli bölgələrdə həm yüklərin, həm də dəniz aktivlərinin təhlükəsizliyini təmin etmək üçün əlverişli və effektiv bir həll olacaq.

Layihə iki mərhələdən ibarət olacaq:

Birinci mərhələdə sistemin performansı və operator iş axını simulyasiya edilmiş sınaqlarla yoxlanılacaq.

İkinci mərhələdə isə sistemə raket qurğuları və digər müdafiə vasitələri inteqrasiya edilərək canlı əməliyyatlar zamanı təhlükələrin aşkarlanması və zərərsizləşdirilməsi nümayiş etdiriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır