Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-04,
Seanews
Heyder Eliyev

Gəmilərdə hidrogen istehsalı üçün LR-dən sənaye üzrə ilk təlimat

Dənizçilik sahəsində beynəlxalq təsnifat cəmiyyəti “Lloyd’s Register” (LR) gəmilərdə birbaşa hidrogen istehsalına dair sənaye üçün ilk xüsusi rəhbər qeydləri yayımlayıb.

“Seanews.az” xəbər verir ki, sənəddə gəmilərdə hidrogen generatorlarının layihələndirilməsi, təhlükəsizliyi və quraşdırılması ilə bağlı əsas tələblər əks olunub. Qeyd olunur ki, bu qeydlər hidrogen texnologiyalarının gəmilərə təhlükəsiz inteqrasiyası ilə bağlı uzun müddətdir mövcud olan normativ qeyri-müəyyənliyi aradan qaldırmağa xidmət edir.

LR bildirir ki, hidrogen dekarbonizasiya baxımından əsas yanacaq alternativlərindən biri hesab olunsa da, onun saxlanması, bunkerləmə infrastrukturu və normativ bazanın yetərli olmaması tətbiqi ləngidirdi. Gəminin göyərtəsində hidrogen istehsalı isə bu çətinlikləri qismən aradan qaldıraraq sıxılmış və ya mayeləşdirilmiş hidrogen anbarlarına ehtiyacı azaldır.

Rəhbər qeydlərdə mayeləşdirilmiş təbii qaz, metanol və ammonyak kimi alternativ yanacaqlardan istifadə etməklə hidrogen istehsalı zamanı yaranan risklər üçün riskəsaslı təhlükəsizlik çərçivəsi təqdim olunur. Sənəd mövcud LR qaydalarına uyğunlaşdırılıb və bayraq dövlətləri ilə layihələrin razılaşdırılmasını asanlaşdırır.

“Lloyd’s Register”in Yanacaq Elementləri üzrə aparıcı mütəxəssisi Tomas Bayer bildirib ki, yeni texnologiyalar üçün aydın rəhbərlik vacibdir və bu sənəd layihələrin konsepsiyadan real icraya keçidini sürətləndirəcək.

Rəhbər qeydlər yeni tikilən gəmilər və modernləşdirmə layihələri üçün texniki və normativ risklərin azaldılmasına, təsdiq proseslərinin qısaldılmasına və hidrogen əsaslı həllərə investisiya qərarlarının asanlaşmasına yönəlib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır