Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-29,
Seanews
Heyder Eliyev

“NuProShip II” nüvə reaktorları ilə dəniz nəqliyyatında dayanıqlılığı hədəfləyir

“Fincantieri” Qrupunun törəmə şirkəti olan “VARD”, “NuProShip II” tədqiqat və innovasiya layihəsinin nəticələrini təqdim edib. Layihə dayanıqlı dəniz texnologiyalarının inkişafında mühüm mərhələ kimi qiymətləndirilir və xüsusi ofşor gəmilərində kiçik 4-cü nəsil nüvə reaktorlarının inteqrasiyasını araşdırır.

“Seanews.az” xəbər verir ki, layihə nüvə reaktorlarının dənizçilikdə səmərəlilik, etibarlılıq və ekoloji məsuliyyətə töhfə potensialını üzə çaxaracaq.

Norveçdə yerləşən “VARD” şirkəti layihə çərçivəsində mövcud konsept əsasında nüvə enerjili tikinti gəmisi üçün dizayn hazırlayıb. Tədqiqat helium qazı ilə soyudulan nüvə reaktorunun əsas enerji mənbəyi kimi istifadəsinin gəmi quruluşuna, təhlükəsizliyə və sistem performansına təsirini qiymətləndirib.

Araşdırma göstərir ki, nüvə enerjili DP gəmiləri DP2 və DP3 tələblərinə uyğun yüksək təhlükəsizlik və etibarlılıq səviyyəsi təmin edə bilər. Layihə eyni zamanda istixana qazı emissiyalarının aradan qaldırılması və uzunmüddətli əməliyyat imkanları yaradır. Superkritik CO₂ turbinləri və istilik batareyaları kimi innovativ enerji saxlama həlləri də araşdırılıb.

“NuProShip II” kommersiya gəmiçiliyində radiasiya təhlükəsizliyi və risklərin idarə olunması üçün yeni standartlar müəyyən etməyi hədəfləyir.

Layihə Norveç Tədqiqat Şurası tərəfindən maliyyələşdirilir və 2026-cı ildə başa çatacaq. Daha sonra NTNU-nun rəhbərliyi ilə yaradılacaq “SFI SAINT” tədqiqat mərkəzi çərçivəsində davam etdiriləcək. Bu mərkəz dəniz nüvə texnologiyalarının inkişafına yönələcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır