Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

İyul-sentyabrda alternativ yanacaqla işləyən 193 gəminin tikintisi sifariş verilib

2024-cü ilin iyul-sentyabr aylarında gəmi sahibləri mayeləşdirilmiş təbii qaz (LNG) və ya metanolla işləyə bilən 193 gəminin tikintisi üçün beynəlxalq tərsanələrə sifariş veriblər.

Bu barədə “Seanews.az” “DNV” təsnifat cəmiyyətinin məlumatlarına istinadən xəbər verir.

Təbii qaz mühərriki yanacağı ilə işləyən gəmilər üçün sifarişlər daha çox olub: iyulda belə 53, avqustda isə 55 gəmi sifariş verilib.

Sifariş verilən gəmilərin əksəriyyəti konteyner gəmiləridir (86 gəmi). Ikinci yerdə PCTC avtomobil daşıyıcıları (13 gəmi) gəlir.

Hesabat dövründə metanolla işləyəcək gəmilərin tikintisi ilə bağlı 49 yeni sifariş qeydə alınıb. Onların əksəriyyəti (39 gəmi) konteyner gəmiləridir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır