Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-23,
Seanews
Heyder Eliyev

Sinqapurun “Seatrium Limited” tərsanəsi tam miqyaslı karbon tutma və saxlama sistemi quracaq

“Wärtsila”-nın 7 MVt-lıq karbon tutma və saxlama sistemi (“CCS”) Norveçin “Solvanq” şirkətinə məxsus “Clipper Eris” qaz daşıyıcısının göyərtəsində quraşdırılacaq.

“korabel.ru” xəbər verir ki, sınaq 2024-cü ilin üçüncü rübündə “CCS”-nin quraşdırılmasından sonra 12 ay davam edəcək.

Yeni sistem 2019-cu ildə inşa edilmiş və tutumu 21 000 kubmetrdən çox olan gəmidə işlənmiş karbon qazının təxminən 70%-ni tutacaq. Karbon qazı mayeləşdirilərək gəminin göyərtəsində saxlanılacaq.

“Seatrium”-un iş həcminə “CCS” qurğularını layihələndirilməsi, satın alınması, gəminin elektrik və avtomatlaşdırma sistemlərinin təkmilləşdirilməsi, karbon tutma, sıxılma və saxlama sistemlərinin inteqrasiyası daxildir.

"Solvang” şirkəti “Clipper Eris”-in göyərtəsində tam miqyaslı CO2 tutma pilot layihəsi üzərində “Seatrium” ilə əməkdaşlıq etməkdən məmnundur. “Seatrium” dörd böyük LNG daşıyıcımızda işlənmiş qazın təmizlənməsi sistemlərinin quraşdırılması da daxil olmaqla dekarbonizasiya işlərində geniş təcrübəyə malikdir. Əgər pilot layihə uğurlu olarsa, “Solvang” bu texnologiyanı bəzi gəmilərimizdə, o cümlədən yeni tikililərdə tətbiq etmək niyyətindədir”, - deyə “Solvanq”-in direktoru Tor Ask bildirib.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır