Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Valensiya limanında günəş panellərindən istifadə tələb olunan elektrik enerjisinin 22%-ni təmin edəcək

Valensiya Liman İdarəsi gələcəkdə limanın fəaliyyətində sıfır emissiyanı təmin etmək məqsədi daşıyan layihə həyata keçirir. Yükaşırma mərkəzinin press-relizində qeyd edildiyi kimi, limanın “yaşıl zona”ya çevrilməsi istiqamətində ilk addım müəssisənin bir sıra ərazilərində günəş panelləri kompleksinin işə salınmasıdır.

“Seanews.az” xəbər verir ki, Limanın ərazisində günəş panelləri kompleksi ildə 2297 MVt/saat istehsal etməyə imkan verəcək. Bu da terminallarında işləmək üçün tələb olunan enerjinin orta hesabla 3,5%-ni təşkil edir.

2023-cü ilin sonunda “Principe Felipe” bəndi ilə “Club Nautico” yaxt klubu arasındakı ərazidə günəş panelləri kompleksi sınaq rejimində fəaliyyətə başlayıb və 2024-cü il yanvarın 1-də limanın elektrik şəbəkəsinə qoşulub. İndi tam gücü ilə işləyir.

Valencia Terminal Europa (VTE) ərazisindəki avtomobil anbarının damında daha bir günəş panelləri dəsti quraşdırılacaq. Ümumilikdə bu qurğular 6 min kvadratmetrdən çox ərazini tutur. Valensiya limanının terminallarının istismarı üçün lazım olan elektrik enerjisinin 22%-ə qədərini istehsal edə biləcək.

Hər iki layihə Avropa İttifaqının vəsaiti və İspaniya Hökumətinin Bərpa, Transformasiya və Davamlı İnkişaf Planı hesabına maliyyələşdirilir.

Qeyd edək ki, Valensiya limanı Avropanın beşinci ən işlək, İspaniya və Aralıq dənizi hövzəsinin isə ən böyük limanıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır