Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-15,
Seanews
Heyder Eliyev

Çində pilotsuz dəniz helikopterləri istifadəyə verilib

Çinin AR500 tipli ilk iki pilotsuz dəniz helikopteri Şandun əyalətinin şərqində yerləşən Veyhay şəhərinin dəniz işləri bürosuna təhvil verilib.

AZƏRTAC Çinin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, uzunluğu 7,33 metr, eni 1,58 metr, hündürlüyü isə 2,43 metr olan dəniz helikopteri 75 kiloqramadək yük götürə və 150 kilometr radiusda saatda maksimum 150 kilometr sürətlə uça bilir.

İstifadəyə verilən helikopterlər fotoelektrik modullar, dəniz gəmilərini avtomatik tanıma sistemləri, infraqırmızı və termal kamera və real vaxt rejimində uzaq məsafələrdə birbaşa videoəlaqə kimi ən qabaqcıl avadanlıqlarla təchiz olunub.

Veyhay şəhərinin dəniz işləri bürosu pilotsuz helikopterlərdən axtarış-xilasetmə əməliyyatlarında, gəmilərin hərəkətinin tənzimlənməsində və fövqəladə hallar zamanı istifadə etməyi planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır