Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Üzən terminal limana yan alıb

Mayeləşdirilmiş təbii qaz (LNG) üçün üzən anbar, emal və daşınma terminalı Finlandiyanın Inkoo limanında lövbər salıb. Bu üzən LNG terminalı layihəsi ölkənin sənayesini, elektrik istehsalını və şəxsi təsərrüfatları qazla təmin edəcək.

“Seanews.az”ın məlumatına görə, üzən terminal Finlandiyaya Rusiya qazının idxalını mərhələli şəkildə dayandırmaq və müxtəlif ssenarilərdə yanacaq tədarükünün fasiləsizliyini təmin etmək üçün ən sürətli və effektiv həll yolu sayılır. Layihə həmçinin Baltikyanı ölkələrə və Polşaya “Baltic-Connector” boru kəməri ilə qaz nəql etməyə imkan verəcək.

“FSRU Exemplar” 291 metr uzunluğunda və 43 metr enindədir və tam yükləndikdə təxminən 68 min ton LNG tutur. Taym çarter müqaviləsi “Gasgrid” tərəfindən 10 il müddətinə bağlanıb və operatora 460 milyon avroya başa gələcək.

Konstruksiyalarının möhkəmliyi və dartılma gücü digər gəmilərinkindən dəfələrlə çoxdur. “Gasgrid” həmçinin Finlandiyanın qaz nəqli şəbəkəsinə qoşulmuş 2,2 km qaz kəməri inşa edib. Yenidən qazlaşdırma üzən terminalda aparılacaq və sonra yükləmə qolu vasitəsilə “Gasgrid” qaz ötürücü şəbəkəsinə ötürüləcək.

Finlandiyanın “Gasgrid Finland qaz ötürmə şəbəkəsinin operatoru əmindir ki, 2023-cü ilin qışından Finlandiyaya qazın fasiləsiz verilməsini təmin edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır