Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-16,
Seanews
Heyder Eliyev

“Marubeni” yelkən texnologiyasını sınaqdan keçirir

Sinqapurdakı törəmə şirkəti “MMSL” ilə təmsil olunan Yapon konqlomeratı “Marubeni” İspaniyanın “Bound4blue” şirkəti ilə “MMSLnin gəmilərindən birinin yelkən sistemi ilə təchiz edilməsi layihəsini həyata keçirmək üçün müqavilə imzalayıb.

“Seanews.az”-ın məlumatına görə, layihənin işlənmiş qazların həcminə necə təsir edəcəyini qiymətləndirmək üçün (azalmanın 15-20%-ə qədər olacağı gözlənilir) yelkənlər 2023-2024-cü illərdə “Panamax” tipli yükdaşıyıcıda quraşdırılacaq.

"Bound4blue" tərəfindən hazırlanmış sistem, təyyarənin qanadını qaldırma prinsipi ilə işləyən sorma yelkən “suction sail” texnologiyasından istifadə edir. Yelkənlər elə qurulub ki, küləyin istiqamətindən asılı olaraq dönə bilsinlər.

“Panamax” yük daşıyıcısında belə sistem ilk dəfə quraşdırılacaq. Press-relizdə yerləşdirilən illüstrasiyaya əsasən, texnologiya 2016-cı ildə inşa edilmiş uzunluğu 229 metr, eni 35 metr, dedveyti 85 min ton olan “Crimson Kingdom” yük daşıyıcısında sınaqdan keçiriləcək.

Gəmi birgə müəssisə olan “MaruKlav Management Inc.” şirkəti  tərəfindən idarə olunacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır