• Bakı, 2020-05-25,
Seanews
Heyder Eliyev

ASCO iki açıq müsabiqə elan edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) iki açıq müsabiqə elan edib. 

Müsabiqələrdən biri struktur idarələrinə tələb olunan əlvan metalların satın alınması məqsədi daşıyır. Bu müsabiqə üçün son müraciət tarixi kimi 2020-ci il mayın 12-si saat 18:00-dəkdir.

Digər müsabiqə isə struktur idarələrə tələb olunan Qara metal prokatının satınalınması ilə bağlıdır. Müraciət üçün son müddət 2020-ci il mayın 8-i saat 18:00-dəkdir.

Müsabiqələrdə iştirak etmək istəyən şəxslər www.asco.az saytından əlavə sənədləri və ətraflı məlumat əldə edə  bilərlər. 

Ünvan: Bakı, Heydər Əliyev prospekti 152, ”Çinar plaza” 24-cü mərtəbə.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır