Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

ADDA təhsil haqqı ilə bağlı tələbələrə müraciət edib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası tələbələrə müraciət edib.

Müraciətdə bildirilir ki, Nazirlər kabinetinin 13 aprel 2020-ci il 138 saylı qərarına əsasən aşağıdakı kateqoriyadan olan tələbələrin 2019/2020-ci tədris ilinin yaz semestrinin və 2020/2021-ci tədris ilinin payız semestrinin təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:

1.1. ünvanlı dövlət sosial yardımı alanlar;

1.2. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:

1.2.1. I və II dərəcə əlilliyi olan şəxslər;

1.2.2. işsiz kimi qeydiyyatda olanlar;

1.2.3. yaşa görə əmək pensiyaçıları;

1.2.4. yaşa görə sosial müavinət alanlar.

Bunu nəzərə alaraq bu kateqoriyalara cavab verən ADDA tələbələrinin aşağıdakı sənədləri öz fakültə dekanlarının e-mail ünvanına göndərməsi vacibdir:

  1. Ünvanlı dövlət sosial yardım alan ailələrin övladı olan tələbələr:

       - ailələsinin hal-hazırda bu yardımı almaları haqqında müvafiq arayışı.

       - öz şəxsiyyət vəsiqəsinin surətini.

       - özünün doğum haqqında şəhadətnaməsinin surətini.

       - doğum haqqında şəhadətnaməsində göstərilən valideynlərinin şəxsiyyət vəsiqələrinin surətini.

  1. Hər iki valideynini itirmiş tələbələr:

       - öz şəxsiyyət vəsiqəsinin surəti,

      - özünün doğum haqqında şəhadətnaməsinin surəti.

      - valideynlərinin ölüm haqqında şəhadətnamələrinin surətini.

  1. Valideynlərindən birini itirən tələbələr:

       -öz şəxsiyyət vəzəsiqəsinin surəti,

       -özünün doğum haqqında şəhadətnaməsinin surəti,

       -vəfat edən valideyninin ölüm haqqında şəhadətnaməsinin surəti.

      -Sağ qalan valideyninin (və ya qanuni nümayəmdəsinin-qanuni nümayəndə olması haqqında məhkəmənin qərarının da surəti tələb olunur) şəxsiyyət vəsiqəsinin surəti.

      -Sağ qalan valideyni (və ya qanuni nümayəndəsi) aşağıdakı kateqoriyalardan birinə aiddirsə bu barədə müvafiq təsdiq arayışı:           

     a)1-ci və 2-ci qrup əlildirsə

     b) İşsiz kimi qeydiyyatdadırsa

     c) Yaşa görə əmək pensiyaçıdırsa

     d) Yaşa görə sosial müavinat alırsa

Qeyd: Göstərilən kateqoriyalara aid olan və 2019/2020-ci tədris ilinin yaz semestri üçün təhsil haqqı ödənişini etmiş tələbələr də müvafiq sənədləri göndərə bilərlər. Sənədlər yoxlanıldıqdan və Təhsil Nazirliyi tərəfindən onların ödədikləri məbləğ Akademiyanın hesabına köçürüldükdən sonra həmin tələbələrin təhsil haqqı ödənişi geri qaytarılacaq.

Tələb edilən sənədlərin elektron variantı bu ünvanlara göndərilməlidir:

“Gəmi sürücülüyü” fakültəsinin tələbələri:

 elnur.abbasov@asco.az

“Gəmi mexanikası və elektromexanikası” fakültəsinin tələbələri :

rafiq.asgarov@asco.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır