Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Dünya Limanlar Konfransı təxirə salınıb

Belçikada 17-19 mart tarixlərində keçiriləcək Dünya Limanlar Konfransı təxirə salınıb.

"Seanews.az" xəbər verir ki, bununla bağlı Beynəlxalq Limanlar Assosiasiyası (International Association of Port and Harbors - IAPH) açıqlama yayıb.

Açıqlamada bildirilib ki, konfrans koronavirus (covid-19) səbəbindən ləğv olunub. Bu qərar sərgi iştirakçıları, ziyarətçilər, spikerlər və sponsorların sağlamlığı baxımından verilib.

Tədbirin başqa bir tarixdə keçirilməsinin mümkün olub olmadığı barədə qısa müddətdə əlavə açıqlama veriləcək.

Qeyd edək ki, mənzil qərargahı Tokio şəhərində olan IAPH 90 ölkənin təqribən 180 limanını və limanlarla əlaqəsi olan 140 müəssisəsini təmsil edir. Təşkilatın üzvləri dünya dəniz ticarətinin 60 faizindən çoxunu həyata keçirir, beynəlxalq konteyner marşrutlarının 80 faizinə nəzarət edirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır